RU

Bakıda və rayonlarda ən ucuz torpaq sahəsi haradadır?

Müəllif: Gülbəniz Hüseynli, Banco.az

Son illərin statistikasına görə, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarında satılır.

Banco.az xəbər verir ki, əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərdi yaşayış evlərinin qiymətinə gəldikdə isə Məmməd Araz küçəsi, yəni keçmiş "Milyonerlər məhəlləsi" ərazisini misal göstərə bilərik.

Ekspert qeyd edib ki, Əhməd Rəcəbli, Ağa Nemətulla küçələrində yerləşən torpaq sahələrinin 1 kv. metri 800 manatdan 6500 manat arasında satılır. Əgər üzərində əmlak varsa, qiyməti 80 000 manatdan 650 000 manat arasında olacaq.

Bakıdan fərqli olaraq rayonlarda torpaq qiymətləri ucuzdur. Azərbaycan Qiymətlənlədiricilər Cəmiyyətinin məlumatına görə, bəzi rayonlarda 1 sot torpağın qiyməti 200 manatdan başlayır. Bəzi rayon ərazilərində fərdi yaşayış evinin tikintisi üçün torpağın 1 sotunun qiyməti 500-1000 manat arasında dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
banco.az

1Источники