RU

Şahzadə Harri qardaşından üzr gözləyir

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaşı Uilyam ondan üzr istədikdən sonra ailəyə yardım etməyə razı olacaq. 

Fins.az xəbər verir ki, qardaşlar arasında münasibətlər Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-a köçməsindən sonra pisləşib. 2023-cü ildə Harri "Ehtiyat" adlı kitabında kral ailəsi haqqında mənfi fikirlər səsləndirib.

Uilyam bu xatirələrdən sonra Harrinin geri qayıtmasını qəbul etməyəcəyini bildirib. Avqust ayında qardaşlar bir ildən sonra ilk dəfə əmiləri Baron Robert Fellowsun anım mərasimində görüşüblər. 

Harriyə yaxın mənbələr isə onun ailəyə kömək etməyə hazır olduğunu, lakin kral ailəsinin üzvü kimi vəzifələrini davam etdirmək niyyətində olmadığını bildiriblər.

Kaira Agayeva 

Fins.az

Избранный
149
fins.az

1Источники