RU

YAP Sabunçu rayon təşkilatında növbəti görüş keçirilib

YAP Sabunçu rayon təşkilatının Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 20 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Bildirilib ki, atdığı hər biri addımı ilə özünə olan inamı, etimadı doğruldan YAP gələcəyə böyük addımlarla irəliləyir. Bunun nəticəsidir ki, partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Namiq Nəbiyev Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 20 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Xəyalə Abdullayeva sədr müavini seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilmiş etimada görə dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
yeniazerbaycan.com

1Источники