RU

Durova qarşı “gizli kibertəhlükəsizlik qanunu” tədbiq edilib

Bakı. Trend:

Fransanın hakimiyyət orqanları "Telegram"ın təsisçisi PavelDurova qarşı məhkəmə işində “gizli kibertəhlükəsizlik qanunu”ndanistifadə edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzetinindərc etdiyi məlumatda yer alıb.

Qəzetin yazdığına görə, Pavel Durova qarşı irəli sürülən altıittihamın ikisi üçün 2004-cü ilin qanunu əsas götürülüb. Bu qanunagörə, kriptoqrafiya xidmətləri təqdim edən şirkətlər Fransa KiberTəhlükəsizlik Agentliyinə (ANSSI) “kriptoqrafik alətin texnikixüsusiyyətləri” haqqında məlumat verməli və proqram təminatınınmənbə kodunu təqdim etməlidir.

Qeyd edilir ki, bu iki ittiham digərləri fonunda "gözlənilməz"görünür. Digər ittihamlar Pavel Durovu qanunsuz kontentinyayılmasında günahlandırır. Həmçinin şifrələmədən "WhatsApp","Signal", "iMessage" də daxil olmaqla bir çox digər tətbiqləristifadə edir. Lakin 2004-cü ildən bəri Fransa “gizlikibertəhlükəsizlik qanunu” tətbiq etməyib.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O,narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirklipulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittihamolunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqıüzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakitqalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal başversəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutuqalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insanhüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayətolunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ənazından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayişetdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və yadigər hadisəyə demokratiya və insan hüquqları kontekstindəmünasibət bildirməkdə haqsız sayılır.

Məqalədə:
Избранный
139
az.trend.az

1Источники