2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1 milyard 471.5 milyon manat dəyərində əməliyyat aparılıb.
"APA-Economics" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.7% və ya 252.3 milyon manat çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 219.2 milyon manat təşkil edib.
Qeyd edək ki, yalnız iyul ayında isə 267.2 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1% çoxdur.
- Azərbaycan
- Əməliyyat
- Artım
- Maliyyə
- Xarici
- Məbləğ
- Bank
- Kart
- Ödəniş
- Bank Kartı
- Bank Kartları
- Banklar
- Xərcləmə
- Artırmaq
- Emissiya
- Ödənişlər
- Xaricilər
- Milyard Manat
- Ödəniş Kartları
- Qeyri-Rezident
- Xərcləmələr
- Apa-Economics
- Maliyyə Institutu
- Ödəniş Xidməti
- Kart Əməliyyatı
- Qeyri-Rezident Maliyyə Institutları
- Ödəniş Xidməti Şəbəkəsi