RU

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.

 

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

 

Qeyd edilib ki, görüşdə nazir BMT təmsilçisi Bik Lum ilə noyabr ayında baş tutacaq COP29-a hazırlıq tədbirləri haqqında fikir mübadiləsi aparıb.

Избранный
126
14
sfera.az

10Источники