Hurriyyet.az "Akşam" nəşrinə istinadla xəbər verir ki, ABŞ-dakı prezident seçkilərində respublikaçıların namizədi olan Donald Tramp rəqib demokratların namizədi və ölkənin vitse-prezidenti olan Kamala Harrisin seçkilərdə qələbə qazanacağı təqdirdə "İsrailin yox olacağını" iddia edib.
Tramp bu açıqlamanı Respublikaçı Yəhudi Koalisiyasının ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki illik iclasındakı onlayn çıxışında verib.
Tramp deyib: "Əgər prezident seçkilərində onlar qalib gəlsələr, İsrail yox olacaq".
Hürr Tərcüman