Fransa hakimiyyətinin Pavel Durova qarşı iddialarından sonra "Telegram" şəxsi söhbətləri moderasiya etməyə başlayacaq.
Ölkə.Az xəbər verir ki, əvvəllər “Telegram” FAQ (tez-tez verilən suallar) səhifəsində xüsusi söhbətlərin moderasiyaya məruz qalmadığı yazılmışdı. Bu o demək idi ki, şəxsi qruplarda baş verənlərə “Telegram” qarışmırdı və qaydalar pozulursa belə, şikayətlər nəzərə alınmırdı.
İndi isə “Telegram” bu siyasəti dəyişərək məxfi qruplardakı qanunsuz məzmunla bağlı istifadəçilərin şikayətlərini qəbul etməyə başlayıb. Bu yenilik, özəl söhbətlərin tam toxunulmaz olduğu və məzmunu izləmədiyi barədə əvvəlki yanaşmadan fərqlidir. Yəni artıq şəxsi qruplarda qanunsuz kontent paylaşılarsa və buna dair istifadəçilər tərəfindən şikayət edilərsə, “Telegram” bu şikayətləri nəzərdən keçirəcək.
Fransa hökuməti “Telegram”ın müəyyən qanunsuz fəaliyyətlərin yayılmasına icazə verə biləcəyindən narahatdır və buna görə də Pavel Durova təzyiqlər edib ki, platformada daha güclü nəzarət mexanizmləri tətbiq olunsun. Nəticə etibarilə “Telegram” məxfiliklə bağlı yanaşmasını müəyyən dərəcədə dəyişmək məcburiyyətində qalıb.