Barron’s: İndoneziyada Papanı təhdid edən 7 nəfər həbs edilib.Elchi.az xəbər verir ki, İndoneziyanın elitar terrorla mübarizə bölməsi Densus 88 Cakarta səfəri zamanı Papa Fransiski hədələdiyi üçün 7 nəfəri həbs edib. Bu barədə Amerikanın “Barron” maliyyə jurnalı antiterror bölməsinin nümayəndəsi Asvin Sireqara istinadən məlumat yayıb.“Densus 88 Papanın səfəri münasibətilə sosial şəbəkələrdə təbliğat və ya terror aktı törətmək vədləri şəklində təhdidlər dərc edən yeddi şəxsə qarşı məhkəmə iddiası qaldırıb”, – nəşr yazır.Nəşr qeyd edir ki, başqa şeylərlə yanaşı, pontifikin marşrutu boyunca yandırma təhdidləri də səsləndirilib. Cakarta ətrafındakı şəhərlərdə, eləcə də bəzi əyalətlərdə qanun pozucuları saxlanılıb.Antara agentliyinin məlumatına görə, sentyabrın 5-də İndoneziya paytaxtında Roma Papası Fransiskin təşkil etdiyi ayində təxminən 87 min katolik iştirak edib. Hadisə “Gelora Bung Karno” stadionunda baş tutub. Kütləvi mərasimdə özünü mötədil İslam tərəfdarı kimi təqdim edən İndoneziya prezidenti Coko Vidodo da iştirak edib.Şayəstə Hüseynova
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта