RU

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda fəaliyyət göstərən Karvan Ticarət Mərkəzindən maddi ziyan tələb edilir. 

Valyuta.az xəbər verir ki, Ticarət Mərkəzinin icarədarlarından olan Füzuli Quluyev bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırıb. 

Onun iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. 

Fərman Həmidli iş üzrə hakim təyin edilib. 

Əldə etdiyimiz məlumata görə, Füzuli Quliyevin Ticarət Mərkəzində ayaqqabı dükanı olub. 2013-cü ildə "Karvan"da baş verən yanğın hadisəsində Füzuli Quluyevə də külli miqdarda ziyan dəyib. Lakin llərdir ki, ona dəymiş ziyan ödənilmir. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
valyuta.az

1Источники