RU

Tanınmış aktyoru səhv müalicə etdilər, ölümdən döndü - FOTO

  Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov ölümdən dönüb.

Referans.az bildirir ki, bu barədə Lent.az-a aktyor özü məlumat verib.

Onun sözlərinə görə, yanlış müalicə nəticəsində səhhətində ciddi problem yaranıb və əməliyyat olunub.

"Bağırsağımda daxildə iltihab yaranıbmış. Bunu bilməyib yanlış müalicə ediblər. 10 gün qızdırmam 40 dərəcədən düşmədi. Başqa bir həkimə getdim, dedi dərhal əməliyyat olunmalısan. Kəskin paraproktit diaqnozu qoyuldu. Evə hazırlıq üçün gəldim. Elə həmin gün daxildə bağırsaq partladı. Əməliyyat olundum.  İndi çox şükür yaxşıyam. Evdə müalicəm davam edir", deyə aktyor bildirib.  


Избранный
81
10
referans.az

10Источники