Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamları “absurd” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
Peskovun sözlərinə görə, oxşar ittihamlar əvvəllər də dəfələrlə səslənib.
"Əlbəttə, bu cəfəngiyyatdır. Biz qarışmırıq",- deyə o bildirib.