RU

Məşhur "Oasis" qrupunun üzvü pərəstişkarlarını diz çökməyə dəvət etdi

Britaniyanın “Oasis” rok qrupunun müğənnisi Liam Qallaxer “X” sosial şəbəkəsində biletlərin qiymətləri ilə bağlı onlayn-tirad başladıb və bilət almaq üçün pərəstişkarlarını diz çökməyə dəvət edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Həmçinin, pərəstişkarları ilə söhbətində musiqiçi özünü arxayın hiss etdiyini bildirib.

Qallaxer “Oasis”in səhnəyə qayıtması haqqında yazı paylaşıb və qrup üzvlərin münasibətlərinin hələ də "iyrənc" olduğunu söyləyib. Abunəçilərdən biri bilet qiymətlərinin baha olmasından dəhşətə gəlib və postun altında musiqiçilərin pərəstişkarlarını soymaq qərarına gəldiyini qeyd edib. Rokçu isə anasının da bilet ala bilmədiyini açıqlayaraq, yazılanlara cavab verib.

“Anam da bilet ala bilmədiyi üçün üzülür. Biletləri ancaq diz çökməklə əldə etmək olar”, - Qallaxer yazıb.

Nəşrin məlumatına görə, qrupun pərəstişkarları 11 saatlıq növbədə gözləmələrinə baxmayaraq, “Oazis”in gözlənilən konsertlərinə bilet ala bilməyiblər.

Qeyd edək ki, Britaniyanın “Oasis” rok qrupu 2025-ci ildə yenidən birləşmək qərarına gəlib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
qaziler.az

1Источники