"Google" şirkəti dominant mövqeyindən sui-istifadə edib öz xidmətlərini irəli çəkərək, minlərlə britaniyalı tərtibatçı və reklamverənə zərər vurmuş ola bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rəqabət və Bazarların Mühafizəsi İdarəsi (CMA) məlumat yayıb.
İdarənin fikrincə, "Google" reklam birjasında öz üstünlüklərini müəyyən edir. Bu da rəqabətə və nəticədə reklamverənlərə, nəşriyyatçılara ziyan vurur.
Şirkət rəqibləri əlverişsiz vəziyyətə salmaqda və onların bərabər şərtlərlə rəqabət aparmasına mane olmaqda ittiham edilir.
ABŞ Ədliyyə Nazirliyi və Avropa Komissiyası isə öz növbəsində "Google"nin reklam texnologiyaları sahəsində fəaliyyətini ayrıca araşdırmağa başlayıblar.
- Şirkət
- Iqtisadiyyat
- Reklam
- Ziyan
- Zərər
- Ittiham
- Britaniya
- Müəyyən
- Böyük Britaniya
- Vurmaq
- Rəqabət
- Sui-Istifadə
- Xidmətlər
- Ziyan Vurmaq
- Dominant
- Rekalm
- Dominant Mövqe
- Müəyyən Edilmək
- Mühafizə İdarəsi
- Zərər Vurmaq
- Cma
- Öz Xidmətlər
- Minlərlə Britaniyalı Tərtibatçı
- Reklamverən
- Rəqabət Və Bazarların Mühafizəsi İdarəsi
- Rekalmverən
- Reklam Birjası