Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes Kriştiano Ronaldonun 2026-cı il dünya çempionatında iştirak ehtimalını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, "Goal" "Mançester Yunayted"də çıxış edən oyunçunun dediklərini belə çatdırıb:
“Son qərar onun olacaq. Əminəm ki, bu, həm millinin, həm də özünün xeyrinə olacaq”
Xatırladaq ki, bundan əvvəl Ronaldo rəsmi oyunlarda 900 qol vuran ilk şəxs olub. O, bu göstəriciyə Xorvatiya ilə görüşdə (2:1) nail olub.