Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Hazırda fakt üzrə istintaq davam etdirilir.
Orduda belə hallar az-az olsa da görünür. Bir insan öz həyatına son qoyursa ya ruhi xəstədir, ya da onu bu vəziyyətə çatdıranlar var. Ruhi xəstənin orduya alınması qanunla qadağandır. Qalır ikinci versiya. Bəs qanunla özünü öldürmə həddinə çatdırma necə cəzalandırılır?
Hit.az-ın bu sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, özünü öldürmə həddinə çatdırma Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir:
”Özünü öldürmə həddinə çatdırma dedikdə, zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini daimi surətdə alçaltmaq, ona hədə-qorxu gələrək, özünü öldürmə və ya özünü öldürməyə cəhd edəcək həddə çatdırmada ifadə olunur. Onun subyekti ancaq 16 yaşına çatmış anlaqlı fiziki şəxs olar bilər. Təqsirkar zərərçəkmiş şəxsin özünü öldürəcəyini dərk edirsə , zərərçəkmiş şəxsin intiharı qəsdən adam öldürmə cinayəti üzrə məsuliyyət yaradır. Bu maddə üzrə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub".
Murad