RU

Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
APA-nin Şirvan bürosu xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri – Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.

Избранный
131
28
arantv.az

10Источники