RU

İspaniya Ukraynaya "Hawk" zenit batareyası göndərir

İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Robles Kiyevə “Hawk” batareyasının dərhal göndərilməsini elan edib.

Qaziler.az bildirir ki, bu barədə TASS İspaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Ukrayna Prezidenti Zelenskinin hava hücumundan müdafiə sistemləri ilə bağlı açıq müraciətini nəzərə alaraq, nazir Robles İspaniya tərəfindən bağışlanan və artıq Polşada yerləşən 6 raket buraxılış qurğusundan ibarət tam “Hawk” batareyasının dərhal çatdırılmasını elan etdi”, - hərbi idarənin bəyanatında deyilir.

“HAWK” mobil orta mənzilli zenit-raket kompleksidir, bir mövqedə uzunmüddətli xidmət üçün nəzərdə tutulmuşdur. Kompleks aerodinamik hədəfləri vurmağa qadirdir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
qaziler.az

1Источники