RU

Prokurorluq məşhur prodüserə qarşı ittihamları ləğv etdi

Britaniya Prokurorluğu Harvi Vaynşteynə qarşı cinsi təcavüz ittihamlarını ləğv edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

İddia edilən cinayət 1996-cı ildə baş verib. Porkurorluq indi belə nəticəyə gəlib ki, onun barəsində məhkumluğu təmin etmək üçün artıq real perspektiv yoxdur.

 

Qeyd edək ki, 2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.

 

Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır.(Axsam.az).

Избранный
127
1
sfera.az

2Источники