RU

İsrail səfiri Rusiyanın Qəzzada girovları azad etmək səyləri barədə məlumatlandırılıb

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İsrailin Moskvadakı səfiri Simone Halperinə Moskvanın Qəzza zolağında girovları azad etmək səyləri barədə məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir : “İsrail səfiri Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsi maraqları naminə Rusiya diplomatiyasının məqsədyönlü səyləri barədə məlumatlandırılıb”.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Moskvaya hərbi müşavir göndərib.

Netanyahunun Qəzzada öldürülən rusiyalı Aleksandr Lobanovun valideynlərinə zəng edərək üzr istədiyi də bildirilib.

Mənbə RİA Novosti

Избранный
83
dogru.az

1Источники