Bakı. Trend:
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin başmütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, o, Moldova - İsveç oyununun UEFAnümayəndəsi olacaq.
Qarşılaşma 21 yaşadək futbolçular arasında Avropa çempionatınınseçmə mərhələsi çərçivəsində keçiriləcək. Sentyabrın 10-daMoldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaqgörüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.