RU

Bakının mərkəzindəki ağır qəza təlaş yaratdı - Hadisə yerindən GÖRÜNTÜLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a bildirib ki, hadisə 23:00-da Yasamal rayonunda, Bəşir Səfəroğlu və İslam Səfərli küçələrinin kəsişməsində baş verib.
Belə ki, 90-SY-187 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobil ilə 77-PV-677 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil toqquşub.
Qəza zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
207
37
oxu.az

10Источники