İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Livanın daxilinə doğru hücumlara hazırlaşdıqlarını açıqlayıb.
APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, ordudan verilən açıqlamaya görə, Halevi Colan təpələrinə səfər edib.
Halevi burada verdiyi açıqlamada İsrail ordusunun “Hizbullah”a qarşı mübarizəyə fokuslandığını və düşmən ərazisinin dərinliklərində əməliyyatlarla bağlı mühüm addımlar atıldığını bildirib.
Halevi bunu şimal bölgəsinin, eləcə də Colan təpələrinin sakinləri üçün təhlükələri azaltmaq məqsədilə etdiklərini müdafiə edib.