RU

İllərlə seks köləsi kimi qaldı: Polşalı qadının donuz tövləsində kabus dolu hekayəsi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın kiçik Qayki kəndində insanları şoka salan hadisə baş verib. Belə ki, 35 yaşlı yerli sakin oğurladığı qadını beş il seks-kölə kimi əsir saxlayıb.
Oxu.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, zərərçəkənin həyatının kabusuna çevrilən hadisə 2019-cu ildə internetdə tanışlıqla başlayıb.
Bildirilir ki, kişi internetdə tanış olduğu sevgilisini kəndə aparıb. Sonra isə onu donuz tövləsinə bağlayaraq illərlə əsir axlayıb.
Bütün bu müddət ərzində təcavüzkar qurbanına işgəncə və əzab verir, onu yarıac saxlayıb. Bədbəxt qadın üçün "uğurlu seks"in yeganə "mükafatı" bir qab isti su olub.
Əsirlikdə olduğu illərdə qadın bir uşaq dünyaya gətirib. Ancaq kişi uşağı onun əlindən alaraq körpələr evinə verib.
Qadın əsirlikdən ancaq beş il sonra xilas ola bilib. Belə ki, onun çiyni çıxdığı üçün kişi qadını xəstəxanaya aparmaq məcburiyyətində qalıb. Orada qadın həkimlərə öz dəhşətli əhvalatını danışıb. Tibb işçiləri dərhal polisə müraciət ediblər və kişi həbs edib.
Polşalı sadisti 25 ilə qədər həbs cəzası gözləyir.
Избранный
88
50
oxu.az

10Источники