RU

Bernardo Silva: “İştirak etdiyimiz oyunların sayı cəfəngiyyatdır”

“Mançester Siti”nin portuqal hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva bir mövsüm ərzində çoxlu sayda oyunlar haqda danışıb.

Arena.az portuqal futbolçunun bu barədə fikrini təqdim edir:

“Oyun təqvimi tamamilə sərsəmdir. İndicə öyrəndik ki, Liqa Kuboku oyununa qədər cəmi bir gün istirahətimiz var. Yəqin ki, bir neçə ay ərzində üç gündən bir oynayacağıq. Bu, tamamilə cəfəng idi.
Çempionlar Liqasında 1/16 final mərhələsinə yüksəlməsən belə, hələ daha iki oyun keçirməlisən. Düzdür, heyətlər daha genişdir, amma bunun asan olduğunu söyləmək fikrində deyiləm. Bu, asan deyildi. Ailəm və dostlarımla çox az vaxt keçirirəm. Oynadığımız oyunların sayı sadəcə cəfəngiyyatdır”, deyə Silva vurğulayıb.

Xatırladaq ki, oyunçular və məşqçilər oyunların çoxluğu və təqvimin sıxlığı haqda hər il dəfələrlə danışsalar da, bu narazılıq UEFA və FIFA-nın qulağına çatmır. Müvafiq sıx təqvim xüsusən də aparıcı oyunçuların mütəmadi olaraq zədələnməsinə, çox zaman isə bu zədələrin ciddi xüsuslu olmasına yol açır. Bir çox mütəxəssislər oyunçulaırn yorğunluğu mənzərəsində oyun keyfiyyətinin də düşdüyünü əsas gətirirlər.

Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 2 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 359 oyun, 67 qol, 68 məhsuldar ötürmə.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 94 oyuna çıxıb, 12 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
arena.az

1Источники