Bakı, 7 sentyabr, AZƏRTAC
UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.
AZƏRTAC xəbər verir ki, A Divizionunda iki matç keçirilib. Belçika İsrailə, İtaliya isə Fransa seçməsinə 3:1 hesabı ilə qalib gəlib.
Türkiyə yığmasının yer aldığı B Liqasında "ay-ulduzlular" Uelslə (0:0), Norveç Qazaxıstanla (1:1), Avstriya Sloveniya (1:1) ilə səfərdə heç-heçə edib. İslandiya isə Monteneqrodan üstün olub - 2:0.
C Divizionunda isə Kipr Litvanı 1:0, Rumıniya Kosovonu 3:1 hesabı ilə məğlub yola salıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyunları sentyabrın 8-dən 10-dək, oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək keçiriləcək.