Türkiyənin Ərzurum vilayətinin valisi Mustafa Çiftçi bildirib ki, Türkiyəyə təcili eniş edən Hindistan aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayış təhlükəsi yalan olub.
Doğru.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb .
Qeyd olunur ki, təyyarənin yoxlanışı saat 23:30-da başa çatıb, təhlükənin yalan olduğu üzə çıxıb və uçuş qadağası götürülüb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikayın sözlərinə görə, laynerin tualetində təhdid yazısı tapılıb.
Çiftçi daha əvvəl bildirmişdi ki, göyərtəsində 247 sərnişin olan Hindistan aviaşirkətinə məxsus Air Vistara təyyarəsi bomba xəbərinə görə Türkiyənin Ərzurum şəhərinə təcili eniş edib.
DOĞRU.AZ