RU

“Li-Fi” “Wi-Fi”dən 100 dəfə sürətlidir

Yeni və inqilabi bir texnologiya olan “Li-Fi” işıq dalğaları vasitəsilə məlumat ötürərək, “Wi-Fi”dən 100 dəfə daha sürətli internet bağlantısını təmin edəcək.

Əsası XXI əsrin əvvəllərində alman fiziki Harald Haas və onun komandası tərəfindən qoyulmuş “Li-Fi” texnologiyası üzərində təcrübələrə 2008-ci ildə Fransanın Oldecomm şirkəti başlayıb. Bu texnologiyanın 2024–2029-cu il­lərdə geniş şəkildə əlçatan olacağı gözlənilir.

Həmçinin bu texnologiyanın bəzi mənfi cəhətləri də var. “Li-Fi” işıq mənbəyindən asılı olduğundan onun əhatə dairəsi məhdud, yəni qapalı ərazilərlə məhdudlaşır. Bun­dan əlavə, “Li-Fi”ni dəstəkləyən cihazların sayı olduqca azdır, çünki bu texnologiya hələ geniş yayılma­yıb. Ümumilkdə, “Li-Fi”nin gələ­cəyi parlaq görünür və bir çox sə­naye sektorları bu texnologiyanın tədqiqinə və inkişafına sərmayə qoyurlar. Lakin onun “Wi-Fi”ni tamamilə əvəz edib-etməyəcəyini söyləmək hələ tezdir. 

Rizvan FİKRƏTOĞLU
XQ

Избранный
173
xalqqazeti.az

1Источники