RU

"İran Türkmənçay müqaviləsinə qayıtmaq istəyir" - Elnur Ənvəroğlu

"İran Türkmənçay müqaviləsinə qayıtmaq istəyir"

Siyasi şərhçi Elnur Ənvəroğlu bunu News365.az-a açıqlamasında deyib.

"İran sanki özünü 130 il bundan əvvəl ki, kimi hiss etməyə çalışır. Türkmənçay müqaviləsinə qayıtmaq istəyir, Azərbaycanı ortada yox kimi təsəvvür edir, müstəqil dövlət olaraq görməyə çalışmır. Buna ad vermək mümkün deyil. İranın bu gün Azərbaycana qarşı atdığı addım bir qədər də saymamazlıq kimi qeyd etmək olar.  Bunu adət halına alıb.  İstər Mehdi Süphaninin açıqlaması və yaxud İranın millət vəkilləri olsun, hansı ki, bu gün Rusiyanı belə çaqqal adlandırırlar. Bu qədər hiddətə baş vuran İran regionda nəyisə dəyişə bilməyəcək.  Artıq regionda geosiyasət gestrategiya dəyişib. Bunu da dəyişən əsas qüvvə Azərbaycandır, ortaya qoyduğu reallıqlardır."- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az 

Избранный
32
news365.az

1Источники