RU

İran Rusiyaya yüzlərlə ballistik raket verib -"Wall Street Journal"

İran Rusiyaya bir neçə yüz qısa mənzilli ballistik raket verib. Bu barədə “The Wall StreetJournal” məlumat yayıb. Nəşr ABŞ və Avropanın yüksək rütbəli rəsmilərinə istinad edib.

Mənbələrdən biri qeyd edib ki, silahlar artıq Rusiya Federasiyasına gətirilib. Həmçinin, onun sözlərinə görə, Tehran Moskvaya mərmi tədarükünü də davam etdirmək niyyətindədir.

"İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərərək, Moskvaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün daha bir güclü hərbi alət verib. Bu addım Qərbin Moskvaya məlum silahların verilməməsi ilə bağlı sərt xəbərdarlıqlarından sonra atılıb",-“The Wall Street Journal” yazıb.

Maraqlıdır ki, İran raketlərinin ötürülməsi Rusiya ordusu tərəfindən Ukraynada mülki infrastrukturun atəşə tutulmasının artması ilə eyni vaxta təsadüf edib. Avqustun sonundan bu yana hücumlarda onlarla mülki şəxs həlak olub. Qərb bundan əvvəl İrana xəbərdarlıq etmişdi ki, əgər Rusiyaya raket tədarük edərsə, ona qarşı əlavə sanksiyalar tətbiq olunacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

 

Избранный
44
47
news365.az

10Источники