Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2 otağının tavanı 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.