Ötən gecə İsrail ordusu “Hizbullah”ın 15-dən çox obyektinə hava zərbələri endirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ötən gecə İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın 15-dən çox atış məntəqəsi və hərbi obyektinə hava zərbələri endirib.
Bu qurğuların bəzilərinin İsrailə raket atmağa hazır olduğu bildirilir. Zərbələr zamanı atışlar aşkar edilib, lakin onlar Livan ərazisinə düşüb. Hücumlardan sonra bir neçə yerdə yanğınlar başlayıb
Xuraman Etibarlı
İnterpress.az