RU

Ömrü uzadan gen tapılıb

Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkar ediblər. Sağlam qidalanmanın, idmanın, siqaret çəkməməyin və güclü sosial əlaqələrin qurulmasının ömrü uzadan amillərdən olduğu geniş şəkildə qəbul edilir. Mütəxəssislər canlıların ömründə genetikanın da böyük rol oynadığını da bilirlər.

Hansı genlərin ömrü uzatdığını bilmək alimlərə qocalmanı və bu proses zamanı baş verən xəstəlikləri daha yaxşı anlamağa kömək edir. Bu sayədə xəstəliklərə qarşı daha inkişaf etmiş dərman və üsullar istehsal oluna bilər.

Kopenhagen Universitetinin tədqiqatçıları bu istiqamətdə mühüm addım ataraq ömrü uzadan yeni gen müəyyən ediblər.

Tədqiqatçılar uzunömürlülüklə yaxından əlaqəli olan FOXO transkripsiya faktorları adlı bir qrup zülalları araşdırarkən belə bir qərara gəliblər.

“Nature Communications” jurnalında dərc edilən araşdırmada həyatın uzunluğunu dəyişən 10 gen müəyyən edilib.

“OSER1” adlı genin ən böyük təsirə malik olduğunu anlayan elm adamları buna diqqət yetirdilər.

Tədqiqatçılar qeyd edirlər ki, “OSER1” milçəklərdə, yumru qurdlarda və ipəkqurdlarında, eləcə də insanlarda olur.

Komanda hazırda “OSER1”in insanlarda oynadığı rolun dərəcəsini aydın şəkildə müəyyən etməyə çalışır. Kifayət qədər resurs olmadığını bildirən Jiquan Li müəllifi olduğu araşdırma haqqında bunları deyib: “OSER1-in qocalmanın və uzunömürlülüyün əhəmiyyətli tənzimləyicisi olduğunu nümayiş etdirən ilk araşdırma apardıq. Gələcəkdə biz “OSER1”dən təsirlənən yaşla bağlı xüsusi xəstəliklər və qocalma prosesləri haqqında məlumat əldə etməyə ümid edirik”.

Tədqiqatçılar qocalma ilə əlaqəli xəstəliklərə qarşı dərmanlar hazırlamağı hədəflədikləri üçün araşdırmanın əvvəlindən insanlarda olan genlərə diqqət yetirdiklərini bildiriblər. "Əgər bu gen yalnız heyvanlarda olsaydı, insan sağlamlığına uyğunlaşmaq çətin olardı”, – deyə Li izah edib.

Genin ömür uzunluğuna təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olsa da, tapıntıların insanların sağlam və uzun ömür sürməsinə kömək edən tədqiqatda mühüm bir addım olduğunu göstərir.

Избранный
107
4
vaxt.az

2Источники