RU

"Neftçi" Gürcüstan klubuna qarşı

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün I mərhələdə ikinci oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşacaq.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.

Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.

7 sentyabr

“Lançxuti” (Gürcüstan) – “Neftçi” (Azərbaycan)

Tskaltubo Texniki Mərkəzin stadionu. Saat 17:00

Baş hakim: Karoline Lanssens (Belçika)

Baş hakimin köməkçiləri: İsabelle van Gilst (Niderland), Sanja Rodjak-Karşiç (Xorvatiya)

Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
3
sportal.az

7Источники