RU

İrəvan Putinin həbsi ilə bağlı sənəd imzalayıb?

Ermənistan Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsini imzalamayıb. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. 

O, Ermənistanın əvvəldən həmin bəyannaməyə qoşulmadığını bildirib. socar vakansiya

Xatırladaq ki, dünən Ermənistan və Gürcüstanın Avropa Şurasının sözügedən bəyannaməsini imzalamasına dair məlumat yayılıb. “Lenta.ru” Ermənistanın ilk olaraq bəyannaməni imzaladığını, daha sonra isə imzasını geri götürdüyünü yazıb. 

Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
yenisabah.az

1Источники