Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçirəcək.
Heftelik.az xəbər verir ki, bu barədə BDYPİ və AYNA-nın birgə məlumatında deyilir.
“Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək”, – məlumatda vurğulanıb.