RU

Erməni işğalında qalan kəndin taleyi necə olacaq?

Ermənistanda Kərki və Başkəndin “barter” ediləcəyi iddiaları gündəmə gəlib.

Publika.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hakim “Vətəndaş müqaviləsi” partiyasının təşəbbüs qrupunun qapalı görüşündə iştirak edib. Görüşün təfərrüatı məlum deyil.

“Hraparak” nəşri isə mənbələrindən görüşün müəyyən detallarını öyrənib.

Nəşr yazır ki, iki saat davam edən iclasda səslənən fikirlər Ermənistanın xarici siyasəti ilə bağlı nikbin əhval-ruhiyyə yaratmayıb.

“Yaxın gələcəkdə Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Mənbəmiz bildirib ki, yeganə optimist məqam anklavlarla bağlı məsələdir. Mirzoyan qeyd edib ki, delimitasiya kontekstində anklavlar məsələsi “barter”lə həll edilə bilər. “Bizdə olan bizdə, onlarda olan onlarda qalır” prinsipi tətbiq edilə bilər. Beləliklə, Tiqranaşen (Kərki) Ermənistanda, Artsvaşen (Başkənd) Azərbaycanda qalır”, - nəşr iddia edir.

Избранный
125
publika.az

1Источники