Çinin cənubundakı Hainan adasında güclü qasırğa iki nəfərin ölümünə və ən azı 92 nəfərin yaralanmasına səbəb olub.
APA xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Tayfun 800 mindən çox evin elektrik enerjisi kəsilməsinə səbəb olub.
Qeyd edək ki, Yagi tayfunu son on ildə regionda ən güclü tayfunlardan biri kimi təsvir edilir.