RU

Hindistanda etnik qarşıdurmalarda azı 6 nəfər ölüb

Hindistanın şimal-şərqindəki Manipur əyalətində son 24 saat ərzində etnik toqquşmalarda azı 6 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə PTI məlumat yayıb.

Yerli polis rəsmisi PTI-yə deyib: "Bir nəfər yatdığı yerdə güllələnərək öldürüldükdən sonra daha dörd nəfər iki rəqib icma arasında baş verən atışmada həlak olub".

Həmçinin sentyabrın 6-da səhər saatlarında naməlum şəxslərin Bişnupur rayonundakı kəndlərə kustar üsulla hazırlanmış raketlər atması nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Bu həftənin əvvəlində dronların İmfalda kəndlərə bomba atması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Manipurun baş naziri Biren Sinqh hadisəni terror aktları adlandırıb və ştat hökumətinin yerli əhaliyə qarşı bu cür terror aktları ilə mübarizə aparmaq üçün lazımi tədbirlər görəcəyinə əmin edib.

Hadisələri nəzərə alaraq, Manipur təhsil departamenti sentyabrın 7-də ştatdakı bütün təhsil müəssisələrinin bağlanması barədə göstəriş verib. Yerli vətəndaş cəmiyyəti təşkilatı ştatda qeyri-müəyyən fövqəladə vəziyyət elan edərək, insanları evlərini tərk etməməyi xahiş edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
52
ikisahil.az

1Источники