İspaniya La Liqasında ən gənc heyətə sahib komanda məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, “Barselona”dır. Kataloniyalıların yaş ortalaması 23,4-dür.
İkinci sırada 24,5 yaş ortalaması ilə “Real Sosyedad” yer alıb. Üçüncü pillədə isə “Valensiya” qərarlaşıb – 25.
“Real” isə 26,5 yaş ortalaması ilə 9-cu pillədədir.
La Liqada 4 turdan sonra “Barselona” 12 xalla liderdir.