Sentyabrın 7-nə keçən gecə Rusiyanın Voronej vilayətində Ukrayna PUA-ları silah-sursat anbarına hücum edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, anbarın yerləşdiyi Ostroqojski rayonunun Soldatskoye kəndinin sakinləri təxliyə edilir, ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Ukarynalı hərbi ekspert Aleksandr Musienko isə qeyd edib ki, Voronej vilayətindəki anbarda Şimali Koreyanın Rusiyaya verdiyi “KN-23” raketləri olub: "Voronej vilayətində silah-sursat anbarı yanır və partlayır. Mənbələrimə görə, bu, bir neçə həftə əvvəl “KN-23” ballistik raketlərinin yığıldığı yerdir".
Musienko əlavə edib ki, Rusiya bütün dünyada raket axtarışında olduğu halda, Ukrayna Müdafiə Qüvvələri onun raket potensialını bu cür azaldır.
“AzPolitika.info”
- Rusiya
- Silah
- Hücum
- Pua
- Ukrayna
- Müharibə
- Mətbuat
- Raket
- Vəziyyət
- Koreya
- Anbar
- Raketlər
- Gecə
- Pua-Lar
- Sentyabr
- Təxliyə
- Azpolitika
- Silah-Sursat
- Hərbi Ekspert
- Fövqəladə
- Voronej
- Silah Anbarı
- Silah-Sursat Anbarı
- Fövqəladə Vəziyyət Rejimi
- Raketləri
- Suriyya
- Ostroqojski Rayonu
- Pua-Ları
- Koreya Raketləri
- Soldatskoye Kəndi
- Aleksandr Musienko