Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən 1650 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar X.Əliyev və İ.Paşayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.