RU

Alisa Kampello Alvaro Moratadan boşanması haqda söhbət açdı

“Milan”ın ispan hücumçusu Alvaro Moratanın həyat yoldaşı Alisa Kampello futbolçu ilə ayrıldıqdan sonra gələcək planları barədə danışıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, model Alisa həmçinin Alvaro ilə boşanma səbəbinə də aydınlıq gətirib:

“Hazırda mən və uşaqlarım Madriddə yaşayırıq. İtaliyaya köçdüyümüz doğru deyil, baxmayaraq ki, yəqin, tezliklə Alvarodan uzaq olmayan Milana köçəcəyəm. Ancaq hələ Milanda mənzil axtarmamışam. Mən sadəcə olaraq övladlarımın atalarını görmələrini istəyirəm.

Boşanma haqda razılaşma necə olacaq? Hələ heç nə müzakirə edilmir, biz hələ heç nə barədə razılığa gəlməmişik, tələsmirik və hazırda mənim üstünlük verdiyim başqa məqamlar var. Məsələn, mən uşaqlarımla harada yaşayacağam? Amma aydın olanı odur ki, bu, mübahisəli boşanma olmayacaq. Bizim eyni hüquqşünaslarımız və əla münasibətimiz var. Bu gün də Alvaro Morata üçün ölərdim”, deyə Alisa Kampello vurğulayıb.

Daha əvvəl, Alvaro Moratanın “Milan”a keçidindən sonra Alisa Kampellonun İspaniyadan İtaliyaya köçməkdən imtina etdiyi bildirilirdi. Bu üzdən də onların ayrıldığı və boşanmağa hazırlaşdıqları vurğulanırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
arena.az

1Источники