RU

Turab Rzayev: "İtaliya ilə əlaqələr böyük geosiyasi önəm və təsirə malikdir"

"İtaliya Azərbaycanın Avropa Birliyində (AB) ən yaxın və səmimi əlaqələri olan ölkələrdən biridir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ixrac olunan təbii qaz və neftin böyük hissəsi buradan digər ölkələrə göndərilir".

Bu sözləri seher.media-a Azərbaycan liderinin İtaliyaya səfərinin əhəmiyyəti barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.

Turab Rzayev Bakı-Roma əlaqələrinin xüsusilə enerji sahəsində böyük geosiyasi önəmə və təsirə sahib olduğunu vurğulayıb:

"TAP ve TANAP boru xətti İtaliyaya gedir və onlarla hər il 10 milyard kubmetr qaz dünya bazarına çıxarılır. Hazırda ixrac edilən qaz həcminin 20 milyard kubmetrədək artırılması planlaşdırılır. Digər tərəfdən Bakı və Roma arasında siyasi əlaqələr yüksək səviyyədədir. İtaliya Ermənistandan yalnız Qarabağ müharibəsi əsirlərini deyil, eyni zamanda mina xəritələrini tələb edən bir neçə ölkədən biridir. BMT və digər beynəlxalq təşkilatlarda mütəmadi şəkildə Azərbaycanın mövqeyini müdafiə edirlər. Müdafiə sahəsindəki əlaqələrimiz də durmadan inkişaf edir. Azərbaycan İtaliyadan 1,5 milyard dollar dəyərində silah-sursat, zirehli texnika və haubitsalar almaq istəyir. Lakin erməni lobbisi və AB buna əngəl olur. Ancaq bütün bunlara baxmayaraq, İtaliya satışın reallaşması üçün ciddi cəhd göstərir. Fikrimcə, İlham Əliyevin səfəri çərçivəsində sadaladığımız məsələlər, mövcud problemlər və Bakıda keçiriləcək COP29 əsas müzakirə mövzusu olacaq.

Söhrab İsmayıl

Избранный
79
1
seher.media

2Источники