RU

Qərbi Azərbaycan mətbəxi yetərincə tanıdılmır - Tahir Əmiraslanov

Azərbaycan dünyanın ən zəngin mətbəxlərindən birinə sahibdir. Ölkəmizin hər regionunun özünəməxsus xörəkləri, şirniyyatları mövcuddur. Yeməkləri ilə məşhur olan bölgələrimizdən biri də indiki Ermənistan adlanan Qərbi Azərbaycandır. Bu mətbəxin ən məşhur yeməkləri hansılardır? Bölgənin bilinən neçə növ xörəyi mövcuddur?

Mövzu ilə bağlı Modern.az-a danışan əməkdar mədəniyyət işçisi, “Kulina” jurnalınnı baş redaktoru Tahir Əmiraslanov bildirib ki, 2020-ci ildə çap etdikləri kitabda Qərbi Azərbaycana məxsus 413 xörək qeyd edilib:

“Zaman keçdikcə yeni yeməklər də ortaya çıxır. Yeni əlavə edilən xörəklər də yazmaqda olduğumuz yeni kitabda qeyd edilir. Bu mətbəx İrəvan xanlığının paytaxtından tutmuş Göyçə, Zəngəzur, digər ərazilərə qədər yayılıb. Qərbi Azərbaycan mətbəxi təbii ki, Azərbaycan mətbəxinin bir parçasıdır. Eyni stil, eyni qaydalar və məhsullar öz əksini tapır. Amma müəyyən fərqləri də mövcuddur. Məsələn, şirniyyatlar arasında İrəvan kətəsi xüsusi tanınır”.

T.Əmiraslanov bildirib ki Qərbi Azərbaycan mətbəxi dünyada yetərincə tanıdılmır:

“İrəvan mətbəxini dünyada yetərincə tanıda bilmək üçün Qərbi azərbaycanlılar və onların birlikləri əllərini ciblərinə salmalıdırlar”.

Избранный
105
modern.az

1Источники