RU

Bitki çaylarının qorxunc fəsadları

Bitki çayları əsrlər boyu sağlamlıq və istirahət üçün istehlak edilən təbii içkilərdir. 

Çobanyastığı, cökə, yaşıl çay, adaçayı, nanə, zəncəfil və itburnu kimi bitki çayları sağlamlıq üçün çox insan tərəfindən seçilir.

Bununla belə, mütəxəssislər bitki çaylarının həddindən artıq istehlakının mümkün zərərləri barədə xəbərdarlıq edirlər.

Bəs bitki çaylarının həddindən artıq istehlakının hansı zərərləri var?

"Cebheinfo.az" xəbər verir ki, bəzi bitki çaylarının uzun müddət və həddindən artıq istehlakı qaraciyər və böyrək sağlamlığına zərər verə bilər.

Çaylarda, xüsusən də yaşıl çayda yüksək miqdarda polifenol var. Polifenollar antioksidan xüsusiyyətlərə malik olsalar da, həddindən artıq istehlak edildikdə qaraciyər fermentlərinə təsir edərək qaraciyərin zədələnməsinə səbəb ola bilərlər. 

Bitki çaylarının tərkibində olan bəzi maddələr istifadə edilən dərmanlarla qarşılıqlı təsir göstərə, dərmanların təsirini artıra və ya azalda bilər. Xüsusilə qan durulaşdıran, təzyiq salan və diabet dərmanı istifadə edən şəxslər bitki çayları istehlak edərkən diqqətli olmalıdırlar. 

Böyük miqdarda bitki çayı istehlak etmək mədə və həzm sisteminə mənfi təsir göstərə bilər. Yaşıl çay və nanə çayı kimi çaylar mədə turşusunu artıra, mədə yanması və ya qastrit kimi problemlərə səbəb ola bilər.

Eyni zamanda, zəncəfil çayı kimi çayların həddindən artıq istehlakı ürəkbulanma və ishal kimi əlavə təsirlərə səbəb ola bilər.

Bitki çayları bəzi insanlarda allergik reaksiyalar da yaradır. Məsələn, çobanyastığı çayı bəzi şəxslərdə allergik reaksiyalara səbəb olur. Bu allergik reaksiyalar tez-tez dəri səpmələri, qaşınma, üz və ya dodaqların şişməsi kimi simptomlarla özünü göstərir.

Mütəxəssislər vurğulayırlar ki, bitki çayları sağlam qidalanmanın tərkib hissəsi kimi məqbul miqdarda istehlak edilməlidir. Gündə 2-3 stəkandan çox bitki çayı istehlak etmək potensial zərərləri riskləri bilər. Əlavə olaraq nəzərə almaq lazımdır ki, hər bir bitki çayının fərqli təsiri var və hər bir fərd bu təsirlərə fərqli reaksiya verir.

Bitki çaylarının təsirini optimallaşdırmaq üçün çayı düzgün hazırlamaq vacibdir. Çaylar ümumiyyətlə təzə dəmlənmiş və çox isti olmadan istehlak edilməlidir.

Избранный
127
cebheinfo.az

1Источники