RU

Azərbaycan-İtaliya iqtisadi əlaqələri: "Böyük perspektivi var" 

"Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır".

Bunu Prezident İlham Əliyev 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda

“Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib. 

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin əhəmiyyətini də xüsusi vurğulayıb:

"Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır".

Üstəlik, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin tam 85 faizi Azərbaycanladır. Həmçinin, İtaliyanın ən çox idxal etdiyi ölkələrdən biri də Azərbaycandır. Qarşıdakı illərdə iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşdırılır.

İqtisadçı-ekspert Eyyub Kərimli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanın İtaliya ilə çox geniş iqtisadi əlaqələri var:

"İtaliya bizim artıq əsas ticari tərəfdaşımızdır. Üstəlik, bunun çox böyük tarixi var. İtaliya ilə ilk dəfə 2008-ci ildə geniş ticari əlaqələrimiz yaranıb. O vaxt 55 milyard dollara yaxın ticarət dövriyyəsi vardı. Hazırda da ticarət dövriyyəsi 16 milyard dollara yaxındır.

Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində böyük və geniş yer tutur. Bununla da əlaqələrimiz daha da genişlənir. Bu gün İtaliyanın Azərbaycanda, Azərbaycanın da İtaliyada təxminən 100-dən çox şirkəti fəaliyyət göstərir".

Ekspert qeyd edib ki, Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi növbəti illərdə daha da artacaq:

"Çünki buna həm də Avropanın özünün böyük ehtiyacı var. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi də ölkə iqtisadiyyatına ciddi məbləğdə xarici investisiya gətirir.

Bu investisiya gələcəkdə işğaldan azad edilmiş bölgələrə də yatırılacaq.İtaliyanın texnoloji və aqrar sahədə böyük təcrübəsi var. Sözsüz ki, bu təcrübədən ölkəmizdə də istifadə edə bilər. 

Избранный
101
50
cebheinfo.az

10Источники