Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib ki, Rusiya hərbçiləri döyüş təyyarələrini Ukraynaya tədarük edilən Amerika silahlarının mənzilindən uzaq məsafəyə daşıyıblar.
ABŞ rəsmisinin sözlərinə görə, Rusiya bələdçi bombalar və uzaq mənzilli zərbələr üçün istifadə etdiyi təyyarələrin 90 faizini Ukrayna sərhədindən 300 km-dən çox məsafədə yerləşdirib.
Bundan əvvəl də “The Wall Street Journal” adı açıqlanmayan Amerika rəsmisinə istinadən xəbər vermişdi ki, Rusiya döyüş təyyarələrinin əksəriyyətini ATACMS raket sistemlərinin mənzilindən uzaq bazalara köçürüb.
Qeyd edək ki, avqustun 6-da Kursk bölgəsinə hücumdan sonra Kiyev Vaşinqtondan Rusiya ərazisindəki hava limanlarına hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verməsini istəyib. Lakin Vaşinqton bu tələbi rədd edir.
TAHİR