RU

UEFA “Roma” və “Aston Villa”n cərimələdi - Səbəb

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klubların Maliyyə Nəzarəti Palatası (CFCB) “Roma” və “Aston Villa”nı cərimələyib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Cərimə adı çəkilən klubların maliyyə öhdəliklərini pozduqları üçün tətbiq edilib. UEFA “Roma”nı 2 milyon avro məbləğində, “Aston Villa”nı isə 60 min avro məbləğində cərimə ödəməyə mükəlləf edib.
UEFA-nın Klubların Maliyyə Nəzarəti Palatası 2023/2024-cü illər mövsümündə iştirak etmiş və ya hesablaşma rejimində olan komandaların fəaliyyətini qiymətləndirib. Klublar heyətə çəkilmiş xərclərin nisbətinə əsasən qiymətləndiriliblər.

Vurğulanır ki, bütün klublar 2023/2024-cü illər mövsümü üçün qüvvədə olan 90% daxilində heyət xərcləri nisbətini bildiriblər. Amma “Aston Villa” maliyyə məlumatını vaxtında təqdim etmədiyi üçün cəriməyə məruz qalıb. Marsel “Olimpik”i də eyni maddə üzrə 20 min avro məbləğində cərimələnib.

“Roma” isə 2023-cü maliyyə ili üçün nəzərdə tutulmuş aralıq hədəf göstəricisini cüzi dərəcədə ötdüyünə görə cərimələnib.

Избранный
78
arena.az

1Источники