Türkiyədə vitse-prezident Cevdet Yılmaz və 6 nazir tərəfindən ictimaiyyətə təqdim edilən Yeni Orta Müddətli Proqram (MTP) iş dünyasına böyük dəyişikliklər gətirməyə hazırlaşır.
News24.az publika.az-a istinadla xəbər verir ki, “Rəsmi qəzetdə”dərc edilən proqram çevik və uzaqdan işləmə modellərini qanuni çərçivəyə yerləşdirərək işçilərin iş və şəxsi həyat tarazlığını təmin etməyi hədəfləyir.
Bu çərçivədə ediləcək tənzimləmələrlə işçilər daha rahat bir iş mühitinə sahib olacaqlar.
Pandemiya ilə gündəmə gələn distant iş və çevik iş saatı anlayışları yeni proqram çərçivəsində hüquqi tənzimləmələrlə həyata keçiriləcək.
Beləliklə, həm dövlət, həm də özəl sektorda qısa müddətli və ya çevik saatlarla işləmək imkanı təklif ediləcək.
2025-ci ilin birinci rübündə tətbiq edilməsi planlaşdırılan çevik iş modelləri, Əmək Qanununda ediləcək dəyişikliklərlə qanuna çevriləcək.